"Bakı 2015" təbliğat videoçarxı təqdim olundu: "Böyük yarışa hazır olun!” - VİDEO

01:07 3 Aprel 2015

Birinci Avropa Oyunlarının “Bakı-2015: Böyük yarışa hazır olun!” adlı təbliğat videoçarxı yayımlanıb.

 

Sportarena.az azərtaca istinadən xəbər ki, idman dünyasına ən mühüm hadisə kimi daxil olan Avropa Oyunları haqqında videoçarx Joel Pressiqin rəhbərliyi ilə hazırlanıb. Avropa Oyunları üçün çəkilmiş ilk təbliğat filmində “Bakı-2015”in ulduzları və Oyunların proqramına daxil olan idman növləri təbliğ edilir. Videoçarxda, həmçinin Azərbaycan paytaxtının gözəlliyini, şəhərimizin qədim və müasir memarlıq abidələrini - Qız qalasını, Atəşgah məbədini, Heydər Əliyev Mərkəzini, Hökumət evini, “Alov qüllələri” kompleksini əks etdirən görüntülər təqdim olunur.

 

Filmdə Xəzər dənizinin sahilində yerləşən, qədim, ecazkar, eyni zamanda, müasir diyar olan Azərbaycanda bu ilin iyununda keçiriləcək möhtəşəm idman tədbirinin - birinci Avropa Oyunlarının bir hissəsi olmaq üçün idmansevərlərə çağırış ünvanlanır.
 


Xəbər xətti