"Xəzər Lənkəran"ın baş məşqçisi Ukraynaya göndərilə bilər

16:51 3 Aprel 2015

“Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov PRO lisenziya kurslarında iştirak edə bilər.

 

Sportarena.az saytına klubdan verilən məlumata görə, baş məşqçinin bunun üçün ilkin olaraq Ukrayana klublarının birində 1 həftəlik kurs keçməsi gözlənilir. Lakin, məşqçinin dəqiq hansı kluba göndəriləcəyi məlum deyil.

 

Elbrus Məmmədovun hansı klublarda kurs keçəcəyi isə yaxın günlərdə məlum olacaq.

 

Qeyd edək ki, PRO lisenziya qazanmaq üçün məşqçilərdən Avropanın iki güclü klublarında ümumilikdə ən azı 2 həftəlik kurs keçməsi tələb olunur. Məşqçilər daha sonra ardıcıl olaraq yazılı və şifahi imtahan verir.  


Xəbər xətti