Azərbaycan UEFA reytinqində irəllilədi

17:05 3 Aprel 2015

UEFA-nın yığmalar üçün açıqlanan yeni reytinq siyahısında milli komandamız irəlliləməyi bacarıb.

 

Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın Malta üzərində qazandığı qələbə (2:0) reytinqdə də öz təsirini göstərib. Millimiz xallarının sayını 16,8815-ə çatdıraraq 5 pillə irəlliləyib. Azərbaycan bu nəticə ilə Avropanın ən güclü 42-ci ölkəsi olub.

 

Reytinqin ilk pilləsində isə, daha əvvəl olduğu kimi Almaniya yığması qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti