"Neftçi"dən növbəti qələbə

19:11 3 Aprel 2015

“Neftçi” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası “Simurq”lu həmyaşıdları üzərində inamlı qələbəyə sevinib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Adil Mahmudovun gəlişindən sonra komanda uğurlu oyunlar seriyasını davam etdirir.

 

“Neftçi” U-15 klubu bu gün “Bayıl Areana”da “Simurq” U-15-i 4:0 hesabı ilə məğlub edib.

 

Görüşdə qolları rəqib qapısından A.Bəşir, A.Asim, B.İsmayıl keçirib. Ə.Eltun isə topu öz qapısına göndərib və yükunda meydan sahbləri böyükhesablı qələbə qazanıb. Bununla da komanda 14 komanda arasında "Bakı" və "Qəbələ"dən sonra 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti