"Zirə"də baş məşqçi istefası: Bəhram Şahquliyev getdi

12:39 5 Aprel 2015

I Divizionun iddialı klublarından olan, eləcə də ən böyük büdcəyə malik "Zirə"də baş məşqçi istefası baş verib.

 

 

Sportaren.az xəbər verir ki, "Şəmkir"lə 0:0 başa çatan qarşılaşmadan sonra klubdaxili iclas keçirilib.

 

Məhz bu iclasda Şahquliyevin postundan getməsinə qərar verilib. Amma verilən məlumata görə, istefanın səbəbi "Şəmkir"lə oyunda qeydə alınan xal itkisi deyil. Sadəcə, rəhbərlik klubun gələcək strategiyası ilə bağlı mühüm qərarlar və yeniliklər etməyə qərar verib.  Baş məşqçi dəyişikliyi də sırf buna görədir. Yeni baş məşqçinin axtarışı isə davam edir. Klub rəhbərliyi gənc və iddialı məşqçi ilə müqavilə bağlamağı planlaşdırır.

 

Qeyd edək ki, Şahquliyevin "Zirə"dəki xidmətlərini də nəzərə alan klub rəhbərliyi onu komandada saxlayıb. Gənc məşqçi bundan sonra məsləhətçi postunda çalışacaq. (rekord.az)

 


Digər xəbərlər

Xəbər xətti