"Çelsi" 60 metrdən qol buraxdı - VİDEO

13:51 5 Aprel 2015

İngiltərə Premyer Liqasında maraqlı qol qeydə alınıb.

 

 

Sportarena.az xəbər verir ki, Premyer Liqanın 31-ci turunda keçirilən “Çelsi” – “Stok Siti” matçının 44-cü dəqiqəsində, meydan sahiblərinin belçikalı qapıçısı Tibo Kurtua rəqibin yarımmüdafiəçisi Çarli Adamın 60 metr məsafədən vurduğu zərəbəni qaytara bilməyib və az rastgəlinən qol qeydə alınıb.

 

Qeyd edək ki, “Çelsi” bu kobud səhvə rəğmən 2:1 hesablı qələbə qazanıb.

 


Digər xəbərlər

Xəbər xətti