Georgi Çixradze: "Rəqib adi bir qol vəziyyətindən yararlandı"

19:25 5 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXVIII turu “Neftçi” üçün uğurlu alındı. Paytaxt klubu Zaqatalada “Simurq”u  1-0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, “Simurq”un  baş məşqçisi George Çixradze oyun barədə fikirlərini bölüşüb:

 “Oyun barədə nə demək olar? Məğlubiyyətə görə məyusam. Bu gün iki fərqli hissə izlədik. İlk hissədə üstün idik, ikinci hissədə isə zəif təsir bağışladıq. Rəqib adi bir qol vəziyyətindən yararlandı və qələbə qazandı”.  

 


Xəbər xətti