"Neftçi" sabah "Xəzər Lənkəran"la oyunun hazırlıqlarına başlayacaq

14:00 6 Aprel 2015

Dünən Preyer Liqanın 28-ci turu çərçivəsində səfərdə “Simurq” klubu üzərində qələbə qazanan “Neftçi” (0:1) istirahətə çəkilib.

 

Sportarena.az saytına klubdan verilən məlumata görə komanda bir gün istirahət etdikdən sonra aprelin 7-də növbəti turun hazırlıqlarına başlayacaq. Sabah saat 12:00-da  komanda “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına başlayacaq.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması aprelin 9-u Lənkəran şəhər stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti