Rahid Əmirquliyev "Neftçi" ilə oyundan danışdı

16:06 6 Aprel 2015

“Biz neçənci yeri tutmağımızdan asılı olmayaraq, “Neftçi”  ilə görüşlərdə həmişə yaxşı nəticə qazanmağa çalışırıq”

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avrofutbol.com saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun kapitanı Rahid Əmirquliyev deyib.

 

“Ağ-yaşıl”ların kapitanı “Neftçi” ilə “Böyük oyun” öncəsi  öz fikirlərini bildirərək, “Bu oyunda bizə motivasiya lazım olmayacaq. Biz neçənci yeri tutmağımızdan asılı olmayaraq, bu komanda ilə görüşlərdə həmişə yaxşı nəticə qazanmağa çalışırıq. Azarkeşlərdən də güclü dəstək gözləyirik”. – deyb.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması aprelin 9-u, saat 17:00-da Lənkəran şəhər stadionunda oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti