"Simurq" "Qəbələ" ilə oyunun hazırlıqlarına başladı

16:23 6 Aprel 2015

"Simurq" hazırlıqlara ara vermədən start verib.

 

 

Sportarena.az xəbər verir ki, komanda artıq növbəti turun çalışmalarına başlayıb. Aprelin 9-da "Qəbələ"nin qonağı olacaq komanda sabah bir məşqlə Zaqatalada hazırlıqları tamamlayacaq və bir gün sonra səfərə çıxacaq.  

 

Bugünki çalışmalarda məşqçilər korpusu yetirmələrini iki qrupa bölüb. "Neftçi" ilə oyunda əsas heyətdə meydana çıxan futbolçular uzun məsafəli qaçış və isinmə hərəkətlərindən sonra istirahətə yollanıb. Digərləri isə iki qrupa bölünərək "kvadrat" və ikitərəfli oyun keçirdib. Sonda isə qapıya zərbələr məşq edilib.

 

Qeyd edək ki, "Qəbələ" - "Simurq" qarşılaşması aprelin 9-da saat 19:00-da start götürəcək. 

 


Xəbər xətti