"Neftçi"nin rəhbəri "Simurq" azarkeşlərinə səsləndi

18:48 6 Aprel 2015

“Simurq” azarkeşləri heç bir şeyə görə narahat olmasınlar. Futbolçunun məqsədi onları təhiq etmək olmayıb”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev deyib.

 

Dünən Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən “Simurq” – “Neftçi” matçı zamanı qonaqların futbolçusu Julias Vobayın hərəkətləri yerli azarkeşlər tərəfindən təhqir kimi qiymətləndirimişdi (Buradan bax:  http://sportarena.az/news/34547).

 

Baş verən məsləyə münasibət bildirən Abdullayev, futbolçunun hərəkətinin düzgün anlaşılmadığını və rəqib azarkeşlərin narahat olmamasını bildirib.

“Bu məsələdən xəbərdaram. “Simurq” azarkeşləri heç bir şeyə görə narahat olmasınlar. Futbolçunun məqsədi onları təhiq etmək olmayıb. O, sadəcə öz sevincini qeyd edib. “Neftçi” klubunda ədəbsizlik edən futbolçu olmayacaq”.


Xəbər xətti