"Neftçi" azarkeşlərinə xoş xəbər: Klubun matçları internet üzərindən canlı yayımlanacaq

18:59 6 Aprel 2015

“Neftçi” klubunun oyunları klubun internet kanalından canlı yayımlanacaq

 

Bu barədə sportarena.az saytına açıqlamasında “Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev deyib.

 

Abdullayev, azarkeşlərin oyunları rahat izləməsi üçün “Neftçi”nin oyunlarının internet kanalından canlı yayımlana biləcəyini deyib. Lakin, bunun nə vaxt baş verəcəyi dəqiq açıqlanmayıb. Məsələnin yaxın vaxtlarda həllini tapacağı bildirilib.

 

Qeyd edək ki, hazırda Premyer Liqanın yalnız iki klubu, “Simurq” və “Xəzər Lənkəran” klubları bütün ev oyunlarını öz internet kanallarından canlı yayımlayırlar.


Digər xəbərlər

Xəbər xətti