"Atletiko Madrid"də ciddi itki - Növbəti matçı buraxacaq

01:01 7 Aprel 2015

İspaniyanın “Atletiko Madrid” klubunun futbolçusu Mario Mandzukiç La Liqanın növbəti turunda “Real Sosyedad”la matçı buraxacaq.

 

Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun son turda “Kordova” ilə matçda zədələnməsi səbəb olub.

 

Baş məşqçi bu barədə bildirərək – “Mandzukiç oynaya bilməyəcək. Biz onun heyətə qayıdacağı günü gözləyirik” – deyib.

 

Qeyd edək ki, “Atletiko Madrid” 62 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti