Dadaşov oynamadı, komandası qələbəyə sevindi

01:55 7 Aprel 2015

 Almaniya Regional Liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi "Saarbrukken" səfərdə "Hoffenhaym"la qarşılaşıb. Matç "Saarbrukken"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dadaşov oyunu ehtiyat oyunçular skamyasından izləyib.


Hazırda "Saarbrukken" 59 xalla ikinci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti