"Neftçi" rəhbərliyi fırıldaqda günahlandırıldı - Vobaya qarşı təhdidlər artır

12:39 7 Aprel 2015

Premyer Liqanın 28-ci turunda “Simurq” – “Neftçi” qarşılaşmasının son fitindən sonra qonaqların Syerra-Leoneli futbolçusu Julias Vobayın hərəkətlərinin yerli azarkeşlər tərəfindən təhqir kimi qəbul edildiyini xəbər vermişdik.

 

Futbolçunun hərəkətləri “Neftçi” rəhbərliyi tərəfindən adi bir qələbə sevinci kimi qələmə verilmiş və həmin anların videoyazısı yayımlanaraq hadisənin şişirdildiyi bildirilmişdi.

 

Sportarena.az xəbər verir ki, “Simurq” azarkeşləri bu dəfə “ağ-qaralar”ı fırıldaqda günahlandırır. Onların iddiasına görə “Neftçi” tərəfi qəsdən videogörüntüləri sona qədər vermir və Vobayın yerli azarkeşləri təhqir etdiyi hissə görünmür. “Simurq” azarkeşləri Vobayın üzr istəməsi üçün imza toplamağa da başlayıb. “Vobay üzr istəməsə onunla başqa cür danışmaq lazımdır” – deyə “Simurq” azarkeşlərindən biri feysbuk hesabında yazıb.

 

Sosial şəbəkələrdə Vobaya qarşı təhdidlər də son gün ərzində çoxalıb. Məsələnin maraqlı tərəfi isə təhdidlərin həm də Premyer Liqanın digər klublarının azarkeşləri tərəfindən olmasıdır. Belə ki, məsələ futbol mövzusundan “Milli qürur” mövzusuna yönəlib.

 


Digər xəbərlər

Xəbər xətti