"Xəzər Lənkəran" iki afrikalı futbolçu tranfer edə bilər

18:17 7 Aprel 2015

“Xəzər Lənkəran” klubunun transfer bazarlığı üçün Afrikaya yollanacağı haqda daha öncə xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, artıq klub üzvlərinin nə vaxt “qara qitə”yə yollanacağı məlum olub. Belə ki, klubun idman direkoru Yunis Hüseynov, tərcüməçi Elvar Quliyev və futbolçu Sadio Tounkara “Neftçi” ilə oyundan sonra Maliyə yolllanacaq.

 

Sadio Tounkaranın müşayət edəcəyi “gəmiçilərin kiçik ekspedisiyası”,  Malidə 2 futbolçunun oyunlarını yaxından izləyəcək. Klub nümayəndələri daha sonra Qanaya yollanacaq. 


Xəbər xətti