"Xəzər Lənkəran" üçün uğurlu həftə

22:51 7 Aprel 2015

"Xəzər Lənkəran”ın bölgə yarışlarında iştirak edən 5 komandasının hamısı paytaxtda keçiriləcək pley-off yarışlarına vəsiqə qazanıblar.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni reqlamentə əsasən qalib komanda tək oyun nəticəsində müəyyənləşməli idi. Komanda aşağıdakı nəticələri göstəriblər:
 
U-10 Liqası: "Xəzər Lənkəran” 3:1 "Neftçala” 
U-11 Liqası: "Xəzər Lənkəran” 7:0 "Astara”
U-12 Liqası: "Xəzər Lənkəran” 9:0 "Neftçala”
U-13 Liqası: "Xəzər Lənkəran” 3:0 "Neftçala”
U-14 Liqası: "Xəzər Lənkəran” 3:1 "Neftçala”
 
 

Qeyd edək ki, U-10, U-11, U-12 və U-13 komandalarını Röyal və Xəyal Abbasov qardaşları, U-14 komandasını isə İqbal Babayev çalışdırır.
 
 

Bundan əlavə ötən həftə U-16 liqasında "Xəzər Lənkəran” "Şirvanı” böyük hesabla məğlub etdi – 4:1. Komandanın qollarına Kənan Səfərov, Kamal Dənziyev və Hikmət Nağıyev (2) imza atıblar. 
 
 

Bugün isə U-15 Liqasında növbəti turun oyunları baş tutub. Doğma meydançada "Fortuna”nı qəbul edən Namiq Qarayevin yetirmələri 2:0 hesablı qələbəyə seviniblər. Qollara Xəqani Sadıqov və Nurlan Fərəcli imza atıblar.

 


Xəbər xətti