Hər yeməyinə 1000 dollar ödəyən boksçu

23:22 7 Aprel 2015

Mayın ikisində Manni Pacquiao ilə rinqə çıxacaq Floyd Mayvezə-Manni qəribə qərarları ilə gündəmdə qalmağı bacarır.

 

Sportarena.az xəbər verir ki, Las Veqasda təşkil olunacaq döyüşdən 120 milyon dollar qazanacaq peşəkar boksçu Manni Pacquiaonun qarşısına 25 min dollar dəyəri olan almaz və qızıldan hazırlanmış süni dişlikdə çıxacaq.

 

Peşəkar karyerasında hələ də məğlub olmayan boksçunun bu dəfəki döyüşü maraqla gözlənilir. Mayvezə məşhur “Rocky” filimindəki kimi təbii şərtlər altında məşq etdiyini bildirməklə yanaşı, həm də aşbazına minlərlə dollar qazandırır. Belə ki, boksçu qadın aşbazının hazırladığı hər yeməyə görə min dollar ödəyir.


Digər xəbərlər

Xəbər xətti