"Simurq" Zaqataladan gedir

01:28 8 Aprel 2015

Azərbaycan Premyer Liqasının 29-cu turunda "Qəbələ"nin qonağı olacaq "Simurq" Zaqatalada hazırlıqları tamamlayıb.

 

Sportarena.az xəbər verir ki, bu gün növbəti məşqinə çıxan "Simurq", iki saatdan artıq çalışmaları davam etdirib. 

 

Tam heyətlə hazırlıqları davam etdirən Georgi Çixradze yetirmələri sabah qarşılaşmanın keçiriləcəyi meydançada son tapşırıqları yerinə yetirəcək. Bundan sonra istirahətə çəkilərək oyunun başlama saatını gözləyəcək.

 

Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu saat 19:00-da start götürəcək. 

 


Digər xəbərlər

Xəbər xətti