"Yuventus" finala yüksəldi - VİDEO

12:11 8 Aprel 2015

İtaliya Kubokunda yarımfinal oyunlarının bir cavab oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Yuventus” səfərdə “Fioerentina” ilə qarşılaşıb. İlk oyunda məğlub olan qonaqlar səfərdə rəqibinə aman verməyib. Görüş 0:3 hesabı ilə qonaqların xeyrinə yekunlaşıb.

 

“Fiorentina” – “Yuventus” 0:3

Qollar: Alessandro Matri 21 (0:1), Roberto Pereyra 44 (0:2), Leonardo Bonuççi 59 (0:3)

İlk oyun: 2:1

 


Xəbər xətti