Norveç - Azərbaycan matçının stadionu müəyyənləşib

13:01 8 Aprel 2015

Futbol üzrə Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, görüş iyunun 12-də Oslo şəhərindəki "Ullevol" stadionunda keçiriləcək. 

 

Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.

 

Qeyd edək ki, 1927-ci ildən tikilən "Ullevol" stadionu 27572 tamaşaçı tutumuna malikdir. Norveç yığması H qrupunda İtaliya (0:2) və Bolqarıstanla (2:1) da əvvəlki ev oyunlarını bu arenada keçirib. 

 


Xəbər xətti