Valideynlərin nəzərinə: AAAF Parkda pulsuz futbol məşqləri!

13:19 8 Aprel 2015

AAAF Park Yaşayış Kompleksində futbol dərslərinin keçilməsinə start verilib. Çalışmalar gənc və təcrübəli məşqçi Fuad Kərimlinin rəhbərliyi altında, Kompleksin meydançalarında baş tutacaqdır.

Məşqlər həftənin cüt günləri, saat 17:30-da başlayır. Əsasən, 2005-06-cı illər təvəllüdlü uşaqların olması tövsiyyə edilir.

Məşqlər pulsuzdur. Məqsəd “Zirvə” İdman Klubunun U-11, yəni yaşı 11-ə qədər olan yığma komandasını formalaşdırmaq, yarışlarda iştirak etməkdir.

Müraciət üçün telefon:
(050) 715–09–90

 


Xəbər xətti