Zidan: "Ronaldo məni heyran edir"

23:11 8 Aprel 2015

Fransanın əfsanəvi futbolçusu Zinədin Zidan “Real Madrid” klubunun portuqaliyalı ulduz futbolçusu Ronaldonun oyununun gündən-günə daha da yaxşı olmasına heyran qaldığını bildirib.

 

Sportarena.az xəbər verir ki, UEFA saytına danışan Zidan, “Formasını yüksəltmək baxımından məni heyran qoyur. Hər dəfə qol vurmasına, kuboklar qazanmasına rəğmən daha yaxşı oynamağa çalışır. Həmişə qazanmaq istəyir, bunu məşqlərdə belə göstərir. Bu həqiqət inanılmazdır”. – deyib.

 

Qeyd edək ki, son turda “Qaranada”nın qapısına 5 qol vuran Zidan “Real”dakı qol sayını 300-ə çatdırıb. O, qol yarışında Raul Qonzales (323) və Di Stefanodan (308) geri qalır.


Xəbər xətti