"Neftçi" 10 nəfərə qalan "Xəzər Lənkəran"la bacarmadı

18:50 9 Aprel 2015

Bu gün Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Xəzər Lənkəran” öz meydanında “Neftçi”ni qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, komandalar arasındakı prissipiallığın bu oyuna yansıyacağı da gözləniləndir. Artıq Avrokuboklardan bütün ümidlərini üzən Lənkəran təmsilçisi yalnız komandanın şərəfi naminə döyüşə atılacaqsa, “ağ-qaralar” qələbə qazanaraq Avropaya daha da yaxınlaşmağa çalışacaq.

 

Görüşə rəng qatan digər bir maraqlı məqam isə, “Neftçi”nin 8 ildir Lənkəran səfərində 3 xal qazana bilməməsidir. Gənclərdən qurulan “Xəzər Lənkəran”ın təcrübəli komanda qarşısında nə edəcəyi maraqla gözlənilir.

 

“Xəzər Lənkəran” – “Neftçi” 2:2

Qol: Vobay 14 (0:1), Erik Ramos 25 (0:2), Rahid Əmirquliyev 63 (1:2) Skarlatake 74 (2:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Xəzər Lənkəran” mərkəzi stadionu


Digər xəbərlər

Xəbər xətti