Rahid Əmirquliyev: "Azarkeşlər stadiona gəlsin"

16:07 9 Aprel 2015

“Azarkeşlər stadiona gəlsin”

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avrofutbol.com saytına açıqlamasında “Xəzər Lənkəran” klbunun kapitanı Rahid Əmirquliyev deyib.

 

Əmirquliyev saatlar qalmış “Neftçi” ilə oyunöncəsi azarkeşlərin dəstəyinə ehtiyacları olduğunu vurğulayaraq – “Azarkeşlər stadiona gəlsin. Onların dəstəyinə ehtiyacımız var. Sağ olsunlar məğlub olanda da bizə dəstək olurlar. Bu oyunda onlara əvvəlkindən daha çox ehtiyacımız var. Stadiona gəlsinlər, onlarla birlikdə qələbə qazanaq”- deyə bildirib.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması bu gün saat 17:00-a start götürəcək. Oyun Lənkəran klubunun rəsmi internet kanalından canlı yayımlanacaq.


Xəbər xətti