Viktor getdi, Viktor gəldi

17:16 9 Aprel 2015

Viktor Fernandeslə yollarını ayıran "Deportivo"nun yeni baş məşqçisi müəyyənləşib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə “AS” qəzeti məlumat yayıb.

 

Klbun yeni çalışdırıcısı Viktor Sançez del Amo olacaq.

  
Bu, 39 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk sınağı olacaq. O, daha öncə "Qetafe", "Sevilya" və "Olimpiakos" klublarının sabiq baş məşqçisi olmuş Mişelin köməkçisi vəzifəsində işləyib. 

Sançez del Amo 1999-2006-cı illərdə "Deportivo"da futbolçu kimi çıxış edib.


Digər xəbərlər

Xəbər xətti