Qurban Qurbanov: "Çalışırıq ki, problemləri hiss etdirməyək"

19:29 9 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXIX turu “Qarabağ” üçün uğurlu alındı. Qurban Qurbanovun başçılıq etdiyi komanda AZAL-ı 2-1 hesabı ilə üstələdi. 

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşüb:

“Vacib 3 xal qazandıq. Futbolçularda yorğunluq var. Buna rəğmən yaxşı oynadılar. Bilirdik ki, AZAL bizimlə oyuna yaxşı hazırlaşacaq. Ona görə də həm ehtiyat edirdik, həm də ciddi hazırlaşırdıq. Bu gün biz qalib gəldik. Öz növbəmdə Tərlan Əhmədova və komandasına uğurlar arzu edirəm. Biz hazırda sıx qrafikdə oynayırıq. Çalışırıq ki, problemləri hiss etdirməyək”. 

 


Digər xəbərlər

Xəbər xətti