Çingiz Abdullayev: “Xәzәr Lәnkәran”a sәfәrdә iki qol vurmaq asan deyil" - MÜSAHİBƏ

20:58 9 Aprel 2015

Bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Xәzәr Lәnkәran” vә “Neftçi” oyunu baş tutub. 
 

 

Sportarena.az  xәbәr verir ki, 2:2 hesabı ilә başa çatan matçdan sonra qonaq komandanın rәhbәri Çingiz Abdullayev jurnalistlәrin suallarını cavablandırıb:

 

- Oyun haqqında nә deyә bilәrsiz?

- Yaxşı oyun oldu. Düzdü, biz 2:0 öndә olduğumuz halda 2:2  bәrabәrlik oldu. Amma komandalar gözәl oynadılar.

 

- 2:0 irәli olduğunuz oyunda bәrabәrlik etdiniz. Sizcә, pis nәticә deyil?

- Yox, bu futboldur. Düşünürәm ki, yaxşı oyun gördük. İkinci hissәdә bir az arxayınlaşmaq bәrabәrliyә gәtirib çıxardı. Rәqib komanda da yaxşı oynayırdı. Onlar qolları standart vәziyyәtdәn vurdular. Oyun epizodundan demәk olar ki, tәhlükә yarada bilmәdilәr. 5 dәqiqә dә artıq oyun olsaydı, “Neftçi” 3-cü qolu vuracaqdı.

 

- Düşünmürsüz ki, “Xәzәr Lәnkәran” 3-cü qolu vura bilәrdi?

- Yox. Әksini düşünürәm. Biz daha yaxşı oynadıq. Çoxlu qol vәziyyәtlәri yaratdıq. Amma alınmadı. “Xәzәr Lәnkәran”ı tәbrik edirәm. Onlar çox gözәl oynadılar.

 

- Komandanızın baş mәşqçisi Arif Әsәdovun istefası gündәmdәdir. Doğrudanmı onu әvәzlәyәcәksiz?

- Belә bir şey müzakirә mövzusu deyil. Bunu yәqin ki, mәnim adımdan deyirlәr. Amma yalandır. Arif Әsәdov yaxşı baş mәşqçidir. Mәn 3 oyundur ki, bura gәlmişәm. Hәlә ki, uduzmamışıq. Nәticәlәrimiz yaxşıdır. Niyә belә bir şey baş versin ki?

 

- “Neftçi”nin hәdәfi kuboku qazanmaqdır. İstәyinizә çata bilәcәksiz?

- İnanıram ki, kubok bizim olacaq. “Xәzәr Lәnkәran”a sәfәrdә iki qol vurmaq asan deyil.

 

- Baş mәşqçi mәsәlәsindә sizә kimsә tәsir edә bilәr?

- Yox. Mәnә hәyatda yalnız atam tәsir edib. Başqa heç kim bunu edә bilmәz.

 


Xəbər xətti