George Çixradze: "İstədiklərimizi həyata keçirə bilmədik"

21:34 9 Aprel 2015

Azərbaycan Premyer Liqasının XXIX turuna Qəbələdə yekun vuruldu. Həmin oyunda “Qəbələ” “Simurq” üzərində 1-0 hesablı qələbə qazandı.

 

Sportarena.az xəbər verir ki, “Simurq”un baş məşqçisi George Çixradze oyun barədə fikirlərini bölüşüb:

 “Gərgin oyun alındı. Biz qol epizodları yaratsaq da,  bundan istifadə edə bilmədik. Rəqibin standart vəziyyətdən vurduğu bir qol oyunun  nəticəsini müəyyənləşdirdi. Rəqib qol vurduqdan sonra açıq futbol sərgilədik. Amma yenə istədiklərimizi həyata keçirə bilmədik”.
 


Digər xəbərlər

Xəbər xətti