Adrian Skarlatake: "Azərbaycanda yalnız Lənkəranda hiss edirsən ki, futbol oynayırsan" - MÜSAHİBƏ

00:34 10 Aprel 2015

"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Skarlatakenin Sportal.az-a müsahibə verib:

 

 

Sportarena.az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- "Neftçi" ilə qarşılaşmada 2:0 məğlub olduğunuz halda 2 qol vuraraq bir xal qazandınız...

- Çətin oyun oldu, xüsusi ilə 70 dəqiqəyə yaxın 10 nəfərlə oynadıq. Belə oyunda sonradan 2 qol vurub hesabı bərabələşdirmək qələbə kimidi. Bu oyunda azarkeşlərimiz möhtəşəm idilər, 12ci oyunçu funksiyasını tam yerinə yetirdilər, həqiqətən əzmkar futbol oynamağımızı onların dəstəyi nəticəsində gördük. Xoşbəxtəm, çünki "Neftçi" heç bir zaman bu stadionda qalib gələ bilməyib.

 

- 2 top fərqi ilə hesabda geridə olanda inanırdınmı bu oyunda xal qazanacaqsınız?

- Biz hər zaman inanırıq. Əgər vaxtımız varsa, hər şey edə bilərik düşüncəsi ilə mübarizə apardıq, çətin də olsa, istəyimizə çatdıq. Gənc futbolçularla oynayırsan, həm də bir nəfər azlıqda və geri dönüş etmək həqiqətən böyük uğurdu. Real danışsaq. ilk hissə bərbad oynadıq, bu səhvləri heç bir oyunda təkrarlamamalıyıq.

 

- Fasilədə nə baş verdi ki. komanda ikinci hissə fərqli oyun göstərdi?

- Baş məşqçi bizimlə söhbət etdi, bizə əlavə motivasiya verdi və bu oyunda uduzmamağımızı söylədi. ikinci hissə komanda olaraq birlik göstərdik və öz sözümüzü dedik.

 

- Sanki qol vurduqdan sonra azarkeşlərə qaçaraq qolu onlara həsr etdin?

- Bəli, bilirdim ki, onlar uduzmağımızı istəmirlər və bizim də borcumuz onları sevindirməkdir. Öz azarkeşlərimizə minntədaram, çünki Azərbaycanda yalnız Lənkəranda hiss edirsən ki, futbol oynayırsan.

 

- Ötən ildə komanda "Neftçi"yə 2:0 hesabı ilə məğlub olduğu halda sonradan iki qol vuraraq heabı bərabərləşdirdi. Maraqlısı odur ki, hər iki oyunda son nöqtəni sən qoymusan..

- Çalışacam, "Neftçi"yə qol vurmağa davam edim. Nə qədər qol vursam, o qədər xoşbəxt olaram. Bir şeyi də unutmyaq ötən il daha güclü kollektivə malik idik.

 


Digər xəbərlər

Xəbər xətti