Ronaldonun sarı vərəqəsi ləğv edildi!

16:28 10 Aprel 2015

“Real Madrid”in portuqaliyalı ulduz futbolçusu Kristiano Ronaldoya “Rayo Valekano” ilə oyunda simulyasiyaya görə göstərilən sarı kart ləğv olunub.

 

Sportarena.az xəbər verir ki, son oyunda Ronaldo komandasının hücumunu rəqibin cərimə meydanında davam etdirərkən rəqib futbolçunun kobud müdaxiləsi nəticəsində yerdə qalmışdı. Lakin baş hakim bunu simulyasiya kimi qiymətləndirərək futbolçuya sarı vərəqə göstərmiş və vərqə limitini dolduran ulduz futbolçu həftəsonu “Eybar”a qarşı oyunda cəzalı duruma düşmüşdü.

 

Matçdan sonra Karlo Ançelotti də epizoda etiraz edərək açıq penalti epizoduna görə futbolçusuna sarı vərəqə göstərilməsini başa düşmədiyini bildirmişdi.

 

Dünən İntizam Komitəsi futbolçunun sarı vərəqəsini ləğv edib və beləliklə Ronaldo “Eybar”la oyunda iştirak etmək hüququ qazanıb.


Xəbər xətti