Flavinyo 2 həftəlik sıradan çıxdı

14:32 11 Aprel 2015

"Neftçi"nin yarımmüdafiəçisi Flavinyo sıradan çıxıb.

 

Sportarena.az xəbər verir ki, "ağ-qaralar"ın braziliyalı futbolçusunun Azərbaycan Premyer Liqasının son turunda keçirilən "Xəzər Lənkəran"la oyunda aldığı zədə ciddi olub.

 

Paytaxt klubundan aldığımız məlumata görə, o, ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində "İnter"ə qarşı oynamayacaq. Eyni zamanda Flavinyonun Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində "Qəbələ" ilə görüşü də buraxması gözlənilir.

 


Digər xəbərlər

Xəbər xətti