Berezutski növbəti dəfə millimizi ələ saldı: DÇ-2018-in finalında Azərbaycanla qarşılaşmaq yaxşı olardı

22:48 11 Aprel 2015

Futbol üzrə Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello yetirmələrinin Dünya Çempionatı – 2018-də iştirakı ilə bağlı məqsədlərini açıqlayıb.

 

Sportarena.az “Çempionat”a istinadən xəbər verir ki, o yetirmələrinin əsas hədəfinin Rusiyada keçiriləcək 2018-ci il Dünya Çempionatının həlledici oyununa vəsiqə qazanmaq olduğunu diqqətə çatdırıb.

“Bizə əvvəlcə qrupdan çıxmaq lazımdır. Lakin, əlbəttə ki, final möhtəşəm hadisədir və onda iştirak etmək bizim hədəfimizdir”, - deyə italiyalı məşqçi bildirib.

 

Eyni zamanda Rusiya milli komandasının yarımmüdafiəçisi Vasili Berezutski zarafatlaşaraq finalda Azərbaycanla qarşılaşmaq istədiyini dilə gətirib.

“Əlbəttə, evdə keçiriləcək mündialın finalında oynamaq istərdim, rəqibin kimliyi o qədər də önəmli deyil. Lakin finalda, məsələn, Azərbaycanla qarşılaşmaq çox yaxşı olardı”, - deyə oyunçu qeyd edib.

 


Xəbər xətti