PSJ İbrahimoviç və Kavaninin dublu ilə Fransa Liqa Kubokunu qazandı - VİDEO

02:00 12 Aprel 2015

Fransa Liqa Kubokuun final oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Bastia” PSJ ilə qarşılaşıb.

 

Oyunun 20-ci dəqiqəsində “Bastia” azlıqda qalıb. Sebestian Skulaççi etdiyi kobudluqla penaltiyə səbəb olmaqla yanaşı qırmızı vərəqə görərək meydanı tərk edib. Penaltini yerinə yetirən Zlatan İbrahimoviç matçın 21-ci dəqiqəsində hesabı açıb. Oyunun 41-ci dəqiqəsində isveçli ulduz futbolçu dubl edib. 80-ci və 90+1-də fərqlənən  Edison Kovani isə parislilərin üstünlüyünü 4 qola çatdırıb. Bununla da PSJ Fransa Liqa Kuboka sahib çıxıb.

 

“Bastia” – PSJ 0:4

Qollar: Zlatan İbrahimoviç 21-Pen, 41 (0:2), Edison Kovani 80, 90+1 (0:4)

 


Xəbər xətti