Çempionlar Liqasında hakim təyinatları açıqlandı

13:10 13 Aprel 2015

Çempionlar Liqasında 1/4 final mərhələsinin sabah keçiriləcək iki oyunu üçün hakim təyinatları müəyyənləşib.

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Atletiko" (Madrid) - "Real" (Madrid) matçını serbiyalı Milorad Majiçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

 

"Yuventus" - "Monako" qarşılaşmasına isə baş hakim qismində çexiyalı Pavel Kraloviç olacaq.

 

Qeyd edək ki, hər iki görüş sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti