"İnter" Nildonu da itirdi

15:30 13 Aprel 2015

"İnter" bu gün ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi"nin qonağı olacaq. 

 

Sportarena.az xəbər verir ki, komandanın braziliyalı forvardı Junior Nildo da zədə səbəbindən bu matçda komandasına kömək edə bilməyəcək. 

 

Daha əvvəl müdafiəçilər Aleksandr Amisulaşvili və Laşa Salukvadze, yarımmüdafiəçi Abdulla Abatsiyevin də zədə səbəbindən Kubok oyununu buraxacağı məlum idi.


Xəbər xətti