Birinci Avropa Oyunlarına hazırlıq xarakterli turnir başlayır

19:39 13 Aprel 2015

16-19 aprelda Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. 

 

Sportarena.az xəbər verir ki, bu yarış iyun ayında Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına test xarakteri daşıyır.

 

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə komandaları iştirak edəcəklər.


Xəbər xətti