Qurban Qurbanov: "Qələbə məni və futbolçuları aldatmamalıdır"

20:25 13 Aprel 2015

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyununda “Qarabağ” “Simurq”u 1-0 hesabı ilə məğlub etdi.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:

 “Düşünürəm ki, əsl kubok oyunu izlədiniz. Hər iki komanda nəticəyə oynayırdı. Qələbə məni və futbolçuları aldatmamalıdır. Qarşıda çətin cavab oyunu var. Bu gün futbolçularımın hər birindən razı qaldım. Oyunçularla yanaşı, azarkeşlərimizə də təşəkkür edirəm.  Qrafik sıxdır. Çətin səfər oyunlarımız var. Oyunçularım xarakter nümayiş etdirməlidirlər”.


Digər xəbərlər

Xəbər xətti