Kamran Ağayevin qələbə seriyası qırıldı - VİDEO

11:08 14 Aprel 2015

Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

 

Sportarena.az  xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin formasını geyindiyi  "Kayserispor" səfərdə "Alanyaspor"la qarşılaşıb. Matç 1:1 hesabıyla bitib. Kamran sonadək meydanda olub.

 

Bu oyuna qədər Ağayevin meydanda olduğu bütün oyunlarda “Kayserispor” qələbə qazanmışdı.

 

"Kayserispor" hazırda 57 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.


Xəbər xətti