Adı oyun alqı-satqısında hallandırılan Azərbaycan klubu cəzalandırıldı

14:41 14 Aprel 2015

İntizam Komitəsinin bu gün iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda 1-ci Dvizion klublarına aşağıdakı cəzalar kəsilib:

 

 “Şahdağ” – “Şuşa-Qarabağ” matçında “Şuşa Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  (maddə 40). Oyunun 79-cu dəqiqəsində “Şuşa Qarabağ” klubunun 19 №-li futbolçusu Khirstopher Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

 

 “Qaradağ Lökbatan” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun 6 №-li futbolçusu Emin Mirzəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

 

 “Şəmkir” – “Rəvan” matçında “Şəmkir” və “Rəvan” klublarının 5 futbolçularının  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub

Oyunun 76-cı dəqiqəsində “Rəvan” klubunun 15 №-li futbolçusu Aslan Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

Oyunun 81-ci dəqiqəsində “Rəvan” klubunun 1 №-li futbolçusu Aydın Bayramov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 200 manat cərimə olunub.

 

“Bakılı” – “Göyəzən” matçının 78-ci dəqiqəsində “Bakılı” klubunun 17 №-li futbolçusu Rasim Daşdəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 400 manat cərimə olunub.

 


Digər xəbərlər

Xəbər xətti