Millimiz UEFA turnirinin qalibi oldu

16:30 14 Aprel 2015

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakıda təşkil olunmuş UEFA-nın İnkişaf turnirinin qalibi olub.

 

Sportarena.az xəbər verir ki, yığmamız Bayıl stadionunda keçirilmiş son oyunda Yunanıstan komandasını 3:0 hesabı ilə məğlub edib. Turun “Dalğa Arena”da keçirlmiş digər oyununda isə Gürcüstan yığması qazaxıstanlı futbolçulara qalib gəlib – 2:0.

Turnirdə keçirilmiş bütün oyunların nəticəsini bir daha diqqətinizə çatdırırıq:

 

11 aprel

Azərbaycan – Qazaxıstan 4:0

Yunanıstan – Gürcüstan 0:2

 

12 aprel

Azərbaycan – Gürcüstan 2:1

Qazaxıstan – Yunanıstan 1:6

 

14 aprel

Gürcüstan – Qazaxıstan 2:0

Azərbaycan – Yunanıstan 3:0

 


Digər xəbərlər

Xəbər xətti