İdmançımız Avropa çempionu oldu - FOTO

Sportarena.az      15 Aprel 2018, 00:11

Azərbaycanın ağır atleti, Təhsil İdman Mərkəzinin yetirməsi Əfqan Bayramov təkanla ağırlıqqaldırma üzrə Avropa çempionu olub. 
 

Sportarena.az Azərtac-a istinadən xəbər verir ki, Tbilisidə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında 77 kiloqram çəki dərəcəsində mübarizə aparan atletimiz təkanla qaldırmada birinci cəhddə 180, ikinci cəhddə isə 192 kiloqramın öhdəsindən bacarıqla gəlib. Bununla da o, təkanla ağırlıqqaldırmada Avropa çempionu olub.

Qeyd edək ki, Əfqan Bayramov birdən qaldırma üzrə yarışda 141 kiloqram nəticə göstərib. Ümumilikdə isə 333 kiloqram nəticə ilə 5-ci 6-cı yerləri bölüşüb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin