Arda Turan "Real"ın oyunçularını çaş-baş saldı - VİDEO

12:19 15 Aprel 2015

"Atletiko Madrid"in türk ulduzu Arda Turan yenidən mətbuatın gündəminə düşüb.

 

Sportarena.az xəbər verir ki, ulduz futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində "Real Madrid"lə qarşılaşmada möhtəşəm oyun sərgiləyib.

 

Qolsuz bərabərliklə bitən matçın 80-ci dəqiqəsində səhnəyə çıxan Arda rəqib komandanın 4 futbolçusunu keçərək azarkeşlərin alqışını qazanıb.

 

"Real"ın müdafiəçilərini çaş-baş salan futbolçu daha sonra komanda yoldaşına ötürmə edib. Ancaq müdafiəçilərdən biri ötürmənin önünü kəsərək təhlükəli hücumun qarşısını alıb. 

 

Sosial şəbəkə istifadəçiləri Ardanın bu fintlərini çox bəyəniblər. İnsanlar ulduz futbolçunu xeyli sayda tərifləyiblər. 

 

Türkiyə millisinin üzvü Arda Turanın "Real Madrid" matçında sərgilədiyi möhtəşəm performansdan bir bölümü sizə təqdim edirik:

 


Xəbər xətti