Kasilyas rekordu qıra biləcəkmi?

12:28 15 Aprel 2015

Çempionlar Liqasının 1/4 finalının "Atletiko" ilk oyunu "Real"ın qapıçısı İker Kasilyas üçün əlamətdar olub.

 

Sprtarena.az xəbər verir ki, təcrübəli qapıçı turnirdə 51-ci dəfə meydanı qol buraxmadan tərk edib.

 

Bununla da, Kasilyas "Mançester Yunayted"in sabiq qolkiperi Edvin van der Sarın rekordunu təkrarlayıb. Lakin hollandiyalı qapıçı karyerasını başa vurduğu üçün Kasilyasın onun keçmək şansı yaranıb. Bunun üçün İspaniya yığmasının üzvünün daha bir oyunda qol buraxmaması kifayət edəcək. 

 

Qeyd edək ki, Kasilyas həmçinin Çempionlar Liqasında ən çox oyun keçirmiş futbolçudur. O, 147 dəfə Avropanın mötəbər turnirində iştirak edib. (qol)

 


Xəbər xətti