"Xəzər Lənkəran" "Qəbələ" üçün başladı

14:07 15 Aprel 2015

Azərbaycan Premyer Liqasının 29-cu turunda "Neftçi" ilə oyundan (2:2) sonra istirahətə çəkilən "Xəzər Lənkəran" bu gün hazırlığa start verir. 

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda 5 günlük istirahətin ardından Lənkərandakı bazasında toplanaraq məşqlərinə başlayacaq. XXX turu buraxmalı olan "Xəzər Lənkəran" belə də aprelin 25-də "Qəbələ" ilə növbəti turun oyununa qədər hazırlığını doğma məkanda keçirəcək.

 

"Neftçi" ilə matçda ciddi zədə alan futbolçu olmadığından məşqlər tam heyətlə hazırlaşacaq komanda bununla belə Elşən Rzazadə, Alfred Sanko və kapitan Rahid Əmirquliyevin köməyindən "Qəbələ”yə qarşı oyunda yararlana bilməyəcək.

 


Xəbər xətti