Qurban Qurbanov onu "Qarabağ"dan göndərir

14:34 15 Aprel 2015

“Qarabağ”ın portuqaliyalı futbolçusu Danilo Dias yayda klubundan ayrılacaq.

 

Sportaren.az saytının əldə etdiyi məlumata görə, Qurban Qurbanovun ümidlərini doğrulda bilməyən “sanbaçı”, artıq klubla yollarını ayırır.

 

Futbolçunun meneceri yeni klub axtarışlarına da başlayıb.

 

Qeyd edək ki, “Martimu” klubundan transfer edilən futbolçu “Qarabağ”da yalnız bir dəfə - Avropa Liqasında vurduğu qol ilə yadda qalıb. Uzun müddət zədə üzündən oynaya bilməyən və formasını itirən braziliyalının transfer qiyməti də xeyli aşağı düşüb.


Digər xəbərlər

Xəbər xətti