Futbolda növbəti dişləmə hadisəsi – Bu dəfə Çempionlar Liqasında - VİDEO

Sportarena.az      15 Aprel 2018, 16:41

Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən "Atletiko" - "Real" oyununda insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, insident "Real"ın müdafiəçisi Daniel Karvahalla "Atletiko"nun hücumçusu Mario Mançukiç arasında baş verib. Epizodların birində Karvahal Mançukiçin qolunu dişləyib. Bu epizod hakimin diqqətindən yayınıb.

 

Ancaq oyundan sonra videogörüntülər yayılıb və olay geniş müzakirəyə səbəb olub. Vəziyyətin gərginləşdiyini görən Karvahal "tvitter"də məsələyə münasibət bildirib. O, Mançukiçi dişləmədiyini deyib:

 

"Oyundan sonra məni kimisə dişləməkdə ittiham edirlər. İcazə verin aydınlaşdırım, mən heç kimi dişləməmişəm. Heç buna cəhd də etməmişəm". (publika)

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin