"Barselona" və "Portu" qalib gəldi

01:37 16 Aprel 2015

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin daha 2 oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Bavariya” səfərdə “Portu”, “Barselona” isə PSJ ilə qarşılaşıb. Bol qollu keçən hər iki qarşılaşmada eyni hesab qeydə alınıb.

 

Bu mövsüm heç bir matçda məğlubiyyətlə üzləşməyən "Portu" bu dəfə də Avropa nəhənglərindən olan “Bavriya”nı evə əliboş yola salıb. Matça əla başlayan və ilk on dəqiqədə Quarejmanın qolları ilə önə keçən “əjdahalar” qonaqlar tərindən bir dəfə məyus edilsə də, sonda üçüncü qolu da vuraraq tarixlərində ilk dəfə alman klubunu 3:1 hesabı ilə məğlub ediblər. Bu həm də onların ardıcıl onuncu qələbəsi olub. 

"Barselona"  Fransa paytaxtında İngiltərə nəhəngi “Çelsi”ni turnirdən kənarlaşdıran PSJ-ni “əzib”. Neymarın hesabı açdığı oyunda Suares dubl edib. Son dəqiqələrə yaxın Van Der Vil təsəlli qolunu vuraraq yekun hesabı müəyyənləşdirib – 1:3. Bununla da parislilərin uzun məğlubiyyətsizlik seriyası növbəti mərhələ ümidləri kimi qırılıb. 

 

Çempionlar Liqası

1/4 final, ilk oyunlar

"Portu" (Portuqaliya) - "Bavariya" (Almaniya) 3:1

Qollar: Rikardo Quarejma 3-Pen, 10 (2:0), Tiaqo Alkantara 28 (2:1), Cekson Martines 65 (3:1)

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya)

 

PSJ (Fransa) - "Barselona" (İspaniya) 1:3

Qollar: Neymar 19 (0:1), Luis Suares 67, 79 (0:3), Van Der Vil 82 (1:3)

Baş hakim: Mark Klatenburq (İngiltərə)

 


Digər xəbərlər

Xəbər xətti