Rasim Ramaldanov: “Yenidən döyüşkən oyun göstərmək lazımdır”

12:36 16 Aprel 2015

“Yenidən döyüşkən oyun göstərmək lazımdır”

 

Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Rasim Ramaldanov “Qəbələ” ilə keçiriləcək oyun barədə fikirlərini bildirərkən deyib.

 

Müdafiəçi “Neftçi” ilə son oyunda göstərilən əzmkar oyunun yenidən təkararlanmasının vacibliyini vurğulayaraq – “Son oyunda yaxşı oynadıq. “Qəbələ” bildiyim qədəri ilə uzun müddətdir ki, məğlb olmur. Onlar yaxşı formadadır. Öz meydanımızda oynayacayıq. Yenidən döyüşkən oyun göstərmək lazımdır”. – deyib.

 

Ramaldanov “Neftçi” ilə son oyunda müdafiədəki səhvlərə də toxunub.

“Rəqibimiz güclü idi. Hərdən elə olur ki, kobud səhvlər edirik. Futbolda belə şeylər olur. “Neftçi” kimi klubla oyunda səhvsiz ötüşmək çətin məsələdir”.

 

Qeyd edək ki, Premyer Liqanın 30-cu turunda istirahət edən “Xəzər Lənkəran” növbəti turda öz meydanında “Qəbələ”ni qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti