“Rəvan” Çempionlar Liqasında

13:55 16 Aprel 2015

Azərbaycan U-19 liqasında çempion olan “Rəvan” klubu UEFA Gənclər Liqasında çıxış etmək hüququ qazanıb.

 

Sportarena.az xəbər verir ki, 26 oyundan sonra 68 xalla sona 6 tur qalmış birinciliyi təmin edən komanda bu mövsüm avrokuboklara vəsiqə qazanan ilk təmsilçimizdir. 
 

 

UEFA-nın ötən ilin sonlarında çıxardığı qərara əsasən klubumuz bu hüquqi əldə edib. Həmin qərara görə 2015/16 mövsümündən yarışda təkcə Çempionlar Liqasının qrupunda çıxış edən 32 klub deyil, həm də reytinqdə ilk 32 pillədə olan ölkələrin bu yaş qrupu üzrə çempionları da çıxış edəcək.

Qeyd edək ki, ötən il bu turnirin qalibi İngiltərənin “Çelsi” klubu olub.

 


Xəbər xətti